Putini Serbiyada 130 min insan qarşılayıb
57 baxış
Son xəbərlər
Rusiya prezidenti Vladimir Outin Serbiyaya səfəri zamanı yerli əhali tərəfindən böyük coşqu ilə qarşılanıb. FaktXəbər bildirir ki, 130 min serb "Aleksandr Nevski" ordenini almaq üçün Serbiyaya gələn Rusiya dövlət başçısını səmimi salamlamaq üçün Belqrad küçələrinə axışıb.
Kütlə əlində Serbiya və Rusiya bayraqlarını, iki ölkənin prezidentlərinin plakatlarını və dövlət arasında qardaşlıq prinsipini aşılayan posterlər qaldırıblar.
Vladimir Putinin Serbiyaya səfəri zamanı iki ölkə arasında mədəniyyət, infrastrukturun yenidən qurulması və "Roskosmos" vasitəsilə kosmosdan dinc məqsədlər üçün birgə istifadə və müxtəlif sahələrdə 21 müqavilənin imzalanması nəzərdə tutulub.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.