AZ
Video yüklə
Putin Azərbaycanla bağlı sənədə qol çəkib

Bu video hazırda oynadıla bilmir.

Putin Azərbaycanla bağlı sənədə qol çəkib

446 baxış Son xəbərlər
Rusiya prezidenti Vladimir Putin Rusiya ilə Azərbaycan arasında pensiya təminatı sahəsində əməkdaşlığı nəzərdə tutan sazişin ratifikasiya edilməsini təsdiqləyib.

Sənəd Rusiyanın rəsmi sənədlər internet portalında dərc olunub.

Müqavilə 2022-ci il aprelin 26-da Bakıda imzalanıb. Tərəflər Rusiya və Azərbaycanın ərazilərində əldə edilmiş pensiya hüquqlarının sığorta təminatının təmin edilməsinə görə maliyyə məsuliyyətinin bölüşdürülməsi barədə razılığa gəliblər.

Sənəd bütün sığorta və sosial pensiya növlərinə şamil edilir.(redaktor.az)

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.