Putin abidəni ziyarət etdi: Havada parad başladı
6 baxış
Son xəbərlər
Faşizm üzərində Qələbənin 75 illiyi münasibəti ilə Rusiya Prezidenti Vladimir Putin Moskvada Naməlum əsgərin abidəsini ziyarət edib. Unikal.org Rusiya KİV-nə istinadən xəbər verir ki, əsgərin məzarı önünə əklil qoyan Putin Qələbənin 75 illik yubileyinin təntənəli şəkildə mütləq qeyd olunacağını, o cümlədən "Ölməz alay" yürüşünün keçiriləcəyini söyləyib. Putinin çıxışından sonra Qələbənin 75 illiyi münasibəti ilə Rusiya Hərbi Hava Qüvvələrinin iştirakı ilə parad başlayıb. Hərbi Kosmik Hava Qüvvələrinə məxsus 76 texnika paytaxt Moskvanın səmasında aviaşou göstərib.
Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.