*Prospektdə qırmızı işıqdan keçən sürücü kimdir?*
18 063 baxış
Son xəbərlər
10 avqust, 19:43 radələrində əvvəlcə Nazim Hikmət küçəsində hərəkətə başlayarkən dönmə işığını yandırmayan, daha sonra yol boyu bir neçə dəfə zolaqları dəyişərkən eyni istiqamətli yolda ötmə qaydalarını pozan və dönmə işığını yandırmayan, daha sonra Mirəli Seyidov küçəsində yalnız sağa dönməyə icazə verilən zolaqdan düzünə hərəkət edən, bu hərəkət zamanı təhlükəsizlik adasının üzərindən keçən və bütün bunlar azmış kimi, svetoforun qırmızı işığında dayanmayıb hərəkəti davam etdirən sürücü YPX.AZ kameralarına düşüb. Mətbuat prospekti və Həsən Bəy Zərdabi küçələrindəki nəqliyyat axınını nəzərə alaraq bu zaman avtoqəzanın baş verməməsini möcüzə saymaq olar. Avtomobilin nömrəsini dəqiq müəyyən edə bilməsək də, ümid edirik ki, DYP rəsmiləri təcili surətdə təhlükəsiz şəhər kameraları əsasında bu sürücünü müəyyən edib, qanuni cəza tədbirini həyata keçirəcək.
Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.