Prezidentin tənqid etdiyi aktrisanın şok videosu yayıldı

  • 15.02.2019
  • 0

Aktrisa Dəniz Çakırın hicablı qadınlara hücum edərkən lentə alınan kadrları yayılıb.


Hücum etdiyi qadınlar tərəfindən məhkəməyə verilən aktrisa hadisəni inkar etsə də, faktlar ortaya çıxıb. Görüntülərdə Çakırın təcavüzkar davranışı, hicablı qızları telefonla çəkməyə çalışdığı, əl-qol hərəkətləri etdiyi, yanındakı yoldaşlarının və klub personalının isə onu sakitləşdirməyə çalışdıqları aydın şəkildə görünür. Bundan başqa, hadisənin baş verdiyi kafenin meneceri və şöbə müdiri də prokurorluğa ifadə verib.


Qadınların şikayətindən sonra Dəniz Çakır İstanbul Respublika Baş Prokurorluğuna istintaqa verdiyi ifadədə bunları deyib:


"Ərəbistan sözünün keçdiyi yeganə cümləni öz masamdakı yoldaşlarımın eşidəcəyi səs tonu ilə "İçki verilən bir məkanda içdiyim içkiyə qarışırlar və çəkdiyim fotoya mühakimə edərək baxılar” dedim. Bura Ərəbistandırmı? Bura Atatürkün Türkiyəsidir. Ancaq bu çıxışımı qətiyyən qarşı tərəfin eşidəcəyi səs tonuyla və ya onlara xitabən demədim. Üzərimə atılan heç bir ittihamı qəbul etmirəm".


Prokurorluq Çakırın mənsub olduğu dinin əmr və qadağalarına uyğun davranmamasından dolayı təhqir cinayəti üzrə aparılan istintaqın davam etdiyini bildirib.


Hadisəsinin yaşandığı klubun iki işçisinin prokurorluqda Dəniz Çakır əleyhinə verdikləri ifadələr bunlardır:


(Menecer): "Ofisiantlardan mübahisə olduğunu eşidib 7-8 nəfərlik qrupun yanına getdim. Yan masadakılar "Dəniz Çakır bizim şəkillərimizi çəkir” dedilər. Mən də onlarla danışaram deyərək Çakırın masasına yönəldim. Çakırın yanındakı qadından əgər şəkil çəkibsə, onları silməsini xahiş etdim. Bundan sonra Çakır "Niyə hicablı qadınların gəlməsinə icazə verirsiniz? Bura spirtli içki verilən məkandır" dedikdən sonra qarşı tərəfin eşidəcəyi şəkildə "Bura Ərəbistan deyil” deyə çığırdı”.


(Şöbə müdiri): "Çakır hicablı qızların masasının yanından keçərkən onlara xitabən "Nə baxırsınız ee?” - deyə səsini qaldırdı, sonra da "Sizin yeriniz bura deyil, Ərəbistana gedin”, - dedi və aralarındakı mübahisə böyüdü. Kafenin əməliyyat direktoru ilə hər iki stolda da əyləşənləri sakitləşdirməyə çalışdıq. Sonra Çakır qızların şəkillərini çəkmək istədi. Yoldaşı telefonu alaraq aktrisanın şəkil çəkmədiyini göstərdi. Mən Çakırın əlini tutaraq "İki uşaq atasıyam. Məni işsiz qoymayın” - dedim. Çakır çıxandan sonra qrupun yanına gedərək onlardan üzr istədim".


Xatırladaq ki, aktrisanın hicablı qadınlara qarşı kobud rəftarını ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan öz çıxışında kəskin tənqid etmişdi./publika.az

Nə düşünürsən?