AZ
Video yüklə

Prezidentin Şuşadan verdiyi mesajlar

1 baxış Son xəbərlər
Noyabrın 8-də Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə dünya ictimaiyyətinə və işğalçı Ermənistana bir çox mesajlar verdi. Nitqində Ali baş komandan xüsusilə qələbəyə gedən keşməkeşli və bir o qədər çətin yoldan danışdı. Bildirdi ki, Birinci Qarabağ müharibəsindəki məğlubiyyət xalqımızı mənəvi cəhətdən nə qədər sarsıtmışdısa, Vətən müharibəsində qazandığımız qələbə də bir o qədər ruhlandırdı. Bu yolda əsas hədəf isə Ermənistanın işğalçılıq siyasətini ifşa etmək idi.

Həmin dövrdə Azərbaycan beynəlxalq müstəvidə də çox fəal idi. Aparıcı beynəlxalq təşkilatlar – BMT, ATƏT, Avropa İttifaqı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası bizim mövqeyimizi dəstəkləyən, haqq-ədaləti ifadə edən qərar və qətnamələr qəbul etmişdilər. Bu, əlbəttə haqq səsimizi dünyaya çatdırmaq baxımından bizə hüquqi zəmin yaradırdı. İstisna deyil ki, 44 günlük Vətən müharibəsi zamanı Ermənistanla dost olan ölkə və təşkilatlar anti-Azərbaycan kampaniyası yürüdür, ölkəmizi nüfuzdan salmağa çalışırdılar. Bunlar həmin ölkələr idi ki, Ermənistanın təkcə bizə yox, bütün müsəlman aləminə qarşı təcavüzkar siyasət apardığını anlamaq istəmirdilər. Bu, həmin Ermənistandır ki, təkcə tarixi abidələrimizi deyil, ibadət yerləri və məscidləri də dağıdırdılar. Bu məqamda, ən maraqlı sual isə məscidləri dağıdana müsəlman ölkələrinin rəhbərlərinin necə qucaq açmasıdır.

Bəli, Azərbaycan prezidentinin də söylədiyi kimi, məscidləri dağıdan müsəlman ölkələri ilə dost ola bilməz. Məhz buna görə də müsəlman aləmində Ermənistan əsas dayaqlardan təcrid olundu. Doğrudur, ölkəmizə qarşı ikilistandartlarla çıxış edən bəzi ölkələr İrəvana müəyyən qədər qucaq açsa da,nəticə etibarilə Ermənistan regiondakı önəmli layihələrdən kənarda qalıb. Görünən odur ki, bu vəziyyət Ermənistan-Azərbaycan münasibətləri normallaşana, ölkəmizin irəli sürdüyü 5 baza prinsipinə uyğun sülh müqaviləsi imzalanadək davam edəcək.


REAL

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.