Prezidentin gənclər siyasəti
34 baxış
Son xəbərlər
Azərbaycanın uğurları müxtəlif istiqamətlərdə dünya miqyasında təqdim edilərkən beynəlxalq arenalarda himnimız səsnənir, üçrəngli bayrağımız dalğalanır. Bu uğurları bizə gənclərimiz qazandırır. Azərbaycan Prezidenti ötən gün Fərid Qayıbovu Gənclər və İdman naziri təyin etməsi ilə əlaqədar videoformatda qəbul edərkən gənclərin tərbiyəsinə xüsusi diqqət yetirlməsini bir daha vurğulayıb.
Prezident hər çıxışlarında bildirir ki, gənclərin xarici dairələrin hədəfinə çevrilməsinə imkan verilməməlidir. Bu istiqamətdə siyasətini uğurla davam etdirən Prezident gənclərə vətənpərvərlik hisslərinin aşılanmasını vacib hesab edir. Əslində müstəqillik illərində ölkəmizdə aparılan gənclər siyasətinin ən böyük uğurlarından biri də elə gənc nəslin vətənpərvərlik ruhunda formalaşması oldu. 2019-cu ildə BDU-nin 100 illiyində Ali baş komandanın gənclərlə bağlı çıxışı, bu istiqamətdə çağırışları, onlara verdiyi mesajlar əslində müəyyən hədəflərə söykənirdi.
Azərbaycanda gənc kadrlara üstülkü verilməsi, onların yüksək vəzifələrə təyin edilməsi, Prezidentin onlara göstrdiyi inamın, onlar qarşısında qoyduğu öhdəliklərin bariz nümunəsidir. Dövlət başçısının bütün çağırışlarına cavab verən Azərbaycan gəncliyi bunu 2-ci Qarabağ müharibəsi ərəfəsində sübut etdi.
Yaşından asılı olmayaraq hər kəs Vətənin müdafiəsi uğrunda birləşdi. İşğalçı Ermənistanın hərbi birləşmələrinin təxminən 10 min üzvü fərarilik edərək döyüş meydanından qaçdığı halda, Azərbaycan gəncləri könüllü şəkildə orduya yazılmaq üçün növbələr gözlədi, döyüş meydanında qəhrəmanlıq nümayiş etdirdi. 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsində bütün gənclər səfərbər oldu. Əslində bu, Azərbaycanın milli maraqlarının müdafiəsi idi. Bu müharibə əsil vətənpərvərlik meydanına çevrildi. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu uğurlu gənclər siyasəti eyni ardıcıllıqla Prezident İlham Əliyevin fəaliyyətinin ana xəttini təşkil edir. İkinci Qarabağ savaşının iştirakçılarının böyük əksəriyyəti də elə son 17 ildə formalaşan sağlam ruhlu, gənclərdir. Prezident İlham Əliyev 2021-ci ilin martında Şuşa səfəri çərçivəsində Cıdır düzündəki çıxışında bunu xüsusi ilə diqqətə çatdırmışdı.
Gənclər cəmiyyətin əsas aparıcı qüvvəsi hesab edilir. Millət vəkili, Gənclər və İdman komitəsinin üzvü Vüqar İsgəndərov REAL-a açıqlamasında bildirdi ki, hər il fevralın 2-də Gənclər günündə elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş sahələrində xüsusi fərqlənən gənclərə Prezident mükafatının təqdim edilməsi dövlətin onlara verdiyi diqqətin əyani sübutudur.
İşğaldan azad olunan ərazilərə səfərləri zaman Ali Baş Komandanın Üçrəngli Bayrağımız önündə diz çökərək onu öpüb yüksəkliyə qaldırması, Ağdamda Cümə məscidində ayaqqabılarını çıxararaq Allah evinə daxil olması, Kəbədən gətirdiyi “Qurani Kərim”i məscidə bağışlaması gənc nəsillər üçün əsl vətənpərvərlik nümunəsidir.
REAL

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.