AZ
Video yüklə

Prezidentə hücumun əsas səbəbi məlum oldu

23 baxış Son xəbərlər
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) Şırnaqda keçirilən konqresində iştirak edib. AKP sədri səhnədə partiyadaşlarını salamlayarkən Hüseyn Dəmircan adlı vətəndaş mühafizəçilərin gözündən yayınaraq Ərdoğanı qucaqlamağa cəhd edib. Bu zaman Türkiyə prezidenti qorxulu anlar yaşayıb.

Dəmircan polisə verdiyi ifadədə deyib ki, məqsədi Ərdoğanı qucaqlamaq olub: "Mən şəhid yaxınıyam. Ailəmizdən bu günə qədər PKK tərəfindən 13 nəfər şəhid edilib. Onlar arasında anam, iki qardaşım və iki bacım da olub. Mən prezidentimizi çox sevirəm. Səhnəyə Ərdoğanı qucaqlamaq üçün çıxmışdım. Amma mühafizəçilər səhv anladılar. Belə səhv anlaşılmağa səbəb olmaq istəməzdim".

Qeyd edək ki, H.Dəmirxan dindirildikdən sonra sərbəst buraxılıb.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.