AZ
Video yüklə

Prezidentdən təhsillə bağlı sərəncam

201 baxış Son xəbərlər
Prezident İlham Əliyev “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” sərəncam imzalayıb.



Müvafiq sərəncamı AZƏRTAC dərc edib.



Sərəncama əsasən, dövlət büdcəsinin vəsaiti hesabına doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlər aşağıdakı məbləğlərdə müəyyən edilib:



Doktorantura pilləsi üzrə:



elmlər doktoru hazırlığı üzrə doktorantlara - 300 manat



fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara - 180 manat



ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasında:



adlı təqaüd alan tələbələrə – 170 manat



magistratura səviyyəsi üzrə:



akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 145 manat



akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 120 manat



akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 80 manat



bakalavriat səviyyəsi üzrə:



akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 130 manat



akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 110 manat



akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 75 manat



orta ixtisas təhsili müəssisələrində:



akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 75 manat



akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 60 manat



akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 50 manat



Peşə təhsili müəssisələrinin tələbələrinə – 50 manat.



Sərəncamda bildirilir ki, təqaüdlərin ödənilməsi, doktorantura pilləsində, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində dövlət sifarişi və dövlət hesabına təhsilalanların sayı saxlanılmaqla, dövlət büdcəsindən təqaüd üçün ayrılan vəsait həddində həyata keçirilir.



Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.



Bu Sərəncam 2019-cu il martın 1-dən qüvvəyə minir.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.