AZ
Video yüklə

Prezident MM-də: yeni spiker seçildi - İlk yaşandı

28 baxış Son xəbərlər
Bu gün VI çağırış Milli Məclisin ilk iclası keçiriləcək.



Axar.az xəbər verir ki, iclasda martın 5-də Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclasında təsdiqlənən 121 deputat iştirak edəcək.



İlk iclasdan öncə Yeni Azərbaycan Partiyasını parlamentdə təmsil edən deputat korpusunun və müstəqillərin ayrılıqda qapalı toplantısı keçirilib. Onlar MM sədrliyinə və sədr müavinliyinə namizədlərini müəyyənləşdiriblər.



Belə ki, YAP MM sədrliyinə Sahibə Qafarovanın, birinci müavin vəzifəsinə Əli Hüseynlinin, müstəqil deputatlar isə vitse-spikerliyə Adil Əliyevin namizədliyini təsdiqləyiblər.



MM-in açılış sessiyasında ölkə Prezidenti İlham Əliyevin də iştirakı və çıxışı gözlənilir.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.