AZ
Video yüklə
Prezident İlham Əliyev ona yüksək vəzifə verdi

Bu video hazırda oynadıla bilmir.

Prezident İlham Əliyev ona yüksək vəzifə verdi

436 baxış Son xəbərlər
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.

Sfera.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Vahid Rasim oğlu Hacıyev Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.

Xatırladaq ki, cari ilin mayın 4-ü Vahid Hacıyev Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan və işğaldan azad edilmiş Zəngilan rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi təyin edilmişdi.

Qeyd edək ki, Vahid Hacıyevin ana babası Osman Mirzəyev tanınmış jurnalist olub.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.