Postda tıxacda qalan sürücülər etiraz etdilər
244 baxış
Son xəbərlər
Ölkədə elan olunan xüsusi karantin rejimi səbəbi ilə paytaxt daxilində bir çox yerlərdə yoxlama-buraxılma postları qurulub. Hərəkət iştirakçıları bu yoxlama-buraxılma postlarında bir-bir yoxlanıldığı üçün postlarda tıxac yaranır.
YPX.AZ xəbər verir ki, dünən səhər saatlarında Heydər Əliyev prospektində, Koroğlu metro stansiyasının qarşısında, üzü şəhər istiqamətində qurulan postda hərəkət iştirakçıları yoxlanıldığı üçün yolun həmin hissəsində tıxac yaranıb. Yaranan tıxacın böyüməsi və hərəkət iştirakçılarının tıxacda qalma müddətinin uzanması sürücülərin uzun müddət səs siqnalı verərək etiraz etmələrinə səbəb olub.
Belə ki, post mərkəz istiqamətində, prospektin sürət həddi 60 km/saat olan hissəsində qurulub. Prospektin sürət həddi 90 km/saat olan hissəsi isə bağlanıb və bu hissədə ancaq operativ nəqliyyat vasitələrinin hərəkətinə icazə verilir. Yolun bağlı olan hissəsinə toplaşıb keçməyə cəhd göstərən sürücülər isə tıxacın daha da böyüməsinə, təcili tibbi yardım maşınları da daxil olmaqla operativ nəqliyyat vasitələrinin tıxacda qalmasına səbəb olub.
Redaksiyamızın “Qaynar xətt”inə daxil olan görüntülərdə, həmin ərazidə yaranan tıxac, sürücülərin etiraz etməsi və sürücülərdən biri ilə polis əməkdaşı arasında yaranan gərginlik əks olunub.
Görüntülərdə, yolun bağlı olan hissəsi ilə hərəkət etmək istəyən sürücünün, öz vəzifəsini icra edən polis əməkdaşı ilə kobud danışaraq, onu qınaması da öz əksini tapıb.
Polis əməkdaşı isə hərəkətin ancaq yolun sağ hissəsi ilə mümkün olduğunu sürücüyə izah etməyə çalışsa da bu dialoq uzanıb.
Bu kimi hallar təbii ki, gərgin iş rejimində çalışan polis əməkdaşlarının iş yükünün daha da artmasına səbəb olur.
Redaksiyamıza daxil olan görüntülərdən sonra YPX.AZ-ın çəkiliş komandası həmin ərazidə olub, mövcut vəziyyətlə bağlı çəkiliş aparıb və məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədovla əlaqə saxlayıb. YPX.AZ-a açıqlama verən polkovnik Vaqif Əsədov yaranan tıxacların azalmasında hərəkət iştirakçılarının da rolunun böyük olduğunu bildirərək deyib ki:
“Yoxlama-buraxılma postlarında normal olaraq hər bir hərəkət iştirakçısının yoxlanmasına bir dəqiqəyə qədər zaman gedir. Bu isə sıxlıq yaranmasına səbəb olur. Bu müddətin daha da artmaması üçün postlara yaxınlaşan sürücülər və sərnişinlər icazələrinin olması barədə arayışlarını və şəxsiyyəti təstiq edən sənətlərini öncədən hazır saxlamalıdırlar ki, yoxlama aparan polis inspektorları onları tez bir zamanda yoxlayaraq hərəkətlərini davam etmələrinə göstəriş versin.”
Polkovnik onu da əlavə edib ki:
“Yolun bir hissəsi operativ nəqliyyat vasitələri üçün ayrılıb. Təcili tibbi yardıb maşınları və başqa operativ nəqliyyat vasitələri yaxınlaşdıqda, polis inspektorları şərait yaradaraq vaxt itirmədən hərəkətlərini davam etdirmələrini təmin edirlər.”

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.