AZ
Video yüklə

Polis əməkdaşı yaşlı piyadaya kömək etdi

1 341 baxış Son xəbərlər
Polis əməkdaşları yeriməkdə çətinlik çəkən yaşlı kişinin yolu keçməsinə kömək ediblər.

YPX.AZ xəbər verir ki, görüntülər Nərimanov rayonu ərazisində qeydə alınıb.

Belə ki, polis əməkdaşı yeriməkdə çətinlik çəkən vətəndaşın qolundan tutub və nəqliyyat vasitələrinin hərəkətini saxlatdıraraq piyadaya yolu keçməkdə köməklik edib.

YPX.AZ-ın əldə etdiyi məlumata görə, bu təqdirəlayiq hərəkəti edən polis inspektoru Nərimanov Rayon Polis İdarəsinin əməkdaşı Məmmədli Məhəmməd olub.

Həmin görüntüləri sizlərə təqdim edirik:

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.