AZ
Video yüklə

Polad Həşimovun xatirəsinə ağac əkildi

30 baxış Son xəbərlər
Milli qəhrəman, General-Mayor Polad Həşimovun xatirəsinə həsr edilən Ağacəkmə aksiyası keçirildi.

Aksiya Vətən müharibəsi əlillərinə kömək ictimai birliyi və Bakı şəhər icra hakimiyyətinin birgə təşkilatcılığı ilə Xətai rayonu Polad Həşimov prospektində baş tutdu.

Ağacəkmə aksiyası ilə bağlı Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin icraçı direktoru Zamin Zeynal, General-Mayor Polad Həşimovun anım günümdə belə bir aksiayanın keçirilməsini özlərinə vətəndaşlıq, soydaşlıq borcu olduğunu bildirdi.

Bu cür aksiyaların keçirilməsini dəstəklədiyini deyən Millət vəkili Qənirə Paşayeva şəhidlərin adlarının əbədiləşdirilməli olduğunu vurğuladı.

Qeyd edək ki, Birlik tərəfindən gələcəkdə də bu tip tədbirlərin davamlı olaraq keçirilməsi planlaşdırılır.

REAL

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.