Paşinyan Moskvanın vasitəçilik mövqeyini sabotaj edir
33 baxış
Son xəbərlər
Üçtərəfli görüşə gələn Prezident İlham Əliyevin üzündəki qətiyyət hələ o, təyyarədən enərkən hiss olunurdu. Putin isə işgüzar görünüşü ilə diqqət çəkir.
Paşinyana gəlincə onu, sanki bu görüşə məcbur ediblər. Bundan əvvəl Rusiyanın vasitəçiliyi ilə təşkil olunan iki görüşdən müxtəlif bəhanələrlə boyun qaçıran Ermənistanın baş naziri, bu dəfə də özünəməxsus səbəblər uydurmağa çalışıb. Lakin son anda görüşdən yayına bilməyib. Necə deyərlər yalançını Soçiyə qədər qovublar.
Məlumat üçün deyək ki, ölkə liderlərinin görüşü hələ müharibənin sona çatmasının birinci ilində, yəni noyabrın 9-da nəzərdə tutulmuşdu. Hər üç ölkə də buna razılıq vermişdi. Lakin son anda ermənistanın baş naziri heç bir səbəb göstərmədən bu görüşdən imtina edir. Daha sonra o, verdiyi açıqlamasında 9 noyabr tarixinin onun üçün “ağır gün” olduğunu bildirir. Erməni liderin bu mövqeyi başadüşüləndir, çünki, ötən ilin məhz 9 noyabr tarixində Nikol Paşinyan kapitulyasiya aktına imza atıb.
Paşinyan zaman-zaman Rusiyanın vasitəçilik missiyasını da elə Qərbin sifarişi ilə sabotaj edir. Ardınca isə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelə yalvararaq, onun dekabrda nəzərdə tutulan görüşə vasitəçilik etməsini istəyir. Görüşöncəsi erməni liderin açıqlamaları, 2020-ci il 10 noyabr bəyanatının müddəalarını təhrif etməyə çalışması da onun ənənəvi qeyri-konstruktiv mövqeyinin davamıdır. Bir sözlə Paşinyan əlindən gələni edir ki, Rusiyanın vasitəçiliyi ilə Soçi görüşünün mümkün nəticələri kölgə altına düşsün.
Paşinyanın üçtərəfli görüş üçün Soçiyə səfər etdiyi bir vaxtda İrvanda revanşist qüvvələr etiraz aksiyaları keçirir. "5165" hərəkatının üzvlərinin polislə toqquşması nəticəsində 6 nəfər saxlanılıb. Qeyd edək ki, noyabrın 22-dən bəzi ictimai təşkilatlar Azərbaycan sərhədinin delimitasiya və demarkasiyasına dair müzakirə olunan məsələləri ictimaiyyətə açıqlamaq tələbi ilə paytaxtda etiraz aksiyaları keçirirlər.
REAL

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.