AZ
Video yüklə
Paşinyan Azərbaycanın anti-terror əməliyyatını təsdiqləyir

Bu video hazırda oynadıla bilmir.

Paşinyan Azərbaycanın anti-terror əməliyyatını təsdiqləyir

252 baxış Son xəbərlər
Ermənistanda silahlar işə düşdü. Əslində çoxdan gözlənilirdi, hələ Nikol Paşinyan küçədən hakimiyyətə gəldiyi ilk vaxtlardan. Axı, ondan əvvəl də “silahlı tamaşa”ları seyr etmişdik. Necə deyərlər, fasilə bir az da uzun çəkdi. Neçə vaxt idi ki, İrəvanda daşnakların rəhbərlik etdiyi başıpozuqlar küçə süpürür, cilov gəmirirdilər. Silaha əl atılması an məsələsiydi…

Nəhayət, atəş açıldı, özü də bir-birinin ardınca. Rəsmi məlumata görə, ötən gün ermənilərin “Araqatsotn” kimi əcaib ad qoyduqları qədim türk yurdu Alagözdaban vilayətinin Abaran şəhərindəki silah qarşıdurma zamanı ölən şəxslərdən biri şəhər meri Karen Yeqiazaryanın qohumu Tiqran Arutyunyanındır. Məlumatı Ermənistanın Abaran şəhər administrasiyası da təsdiqləyib.

İyunun 19-da isə Araqatsotnın Niqavan kəndində də hakim “Vətəndaş sazişi” partiyasının üzvlərinin qohumları Ermənistanın baş naziri Nikol Paşinyanı söydükləri üçün bir qrup gənci güllələyiblər. Hakim partiyadan olan deputat Matevos Asatryanın və vilayət qubernatorunun müavini Edqar Pırvanyanın yaxınları gənclərlə mübahisə edib və onlara “Kalaşnikov” avtomatı ilə atəş açıblar.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.