AZ
Video yüklə

Parlamentlərarası təmaslar daha da genişlənir

8 baxış Son xəbərlər
Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Səfəirn Zəfər Gününün qeyd olunduğu tarixi günlərə təsadüf etdiyini deyən Sahibə Qafarova müharibədə Türkiyənin dəstəyindən danışıb. Bildirib ki, hazırda iki ölkə arasında münaisbətlər ən yüksək zirvəsinə çatıb. Qeyd edilib ki, parlamentlərimiz arasında qarşılıqlı səfərlərin və görüşlərin sayının artırılması olduqca mühümdür. Qarşılıqlı təmasların intensivləşməsi münasibətlərin daha da dərinləşdirilməsi üçün vacib töhfədir. Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Zəfər Günü və Bayraq Günü münasibətilə təbriklərini çatdırıb, Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizə Allahdan rəhmət diləyib.

Qeyd edib ki, Türkiyə və Azərbaycan bu gün bütün sahələrdə yaxından əməkdaşlıq edən iki dost və qardaş ölkədir. Həm Türkiyədə, həm Azərbaycanda xeyli sayda qarşılıqlı şirkətlər uğurla fəaliyyət göstərir. İki ölkə bir-birinin iqtisadiyyatına böyük investisiyalar yatırıblar.

REAL

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.