AZ
Video yüklə

Parlamentdə Qurtuluş Günü qeyd olunub

120 baxış Son xəbərlər
Spiker: Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixinin dönüş nöqtəsidir Milli Məclisin iyunun 12-də keçirilən növbədənkənar sessiyasının iclasında parlamentin Sədri Sahibə Qafarova Milli Qurtuluş günü ilə bağlı çıxış etdi. Milli Məclisin Sədri bildirdi ki, bir neçə gündən sonra xalqımız tariximizə qızıl hərflərlə yazılmış 15 iyun – Milli Qurtuluş Gününü qeyd edəcək. Parlamentin Sədri vurğuladı ki, 15 iyunun müstəsna əhəmiyyəti həm də onunla əlaqədardır ki, möhtəşəm qurtuluş tarixi məhz bu binada – Milli Məclisdə yazılmağa başlanır. Sonra parlamentin İclas zalında Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin 15 iyun Milli Qurtuluş Günü ilə əlaqədar hazırladığı video-material nümayiş olundu.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.