AZ
Video yüklə

Parisin məşhur hotelinə silahlı basqın olub

12 baxış Son xəbərlər
Parisdə məşhur mehmanxanalardan birinə silahlı basqın olub.
APA TV-nin məlumatına görə, quldurlar "Ritz" hotelinə girmək üçün yan girişdəki qızıl dükanının vitrinini sındırıblar.

Polisdən verilən məlumata görə, basqını beş nəfər həyata keçirib. Onlardan 3-ü ələ keçirilib, 2-si isə bahalı zinət əşyalarını oğurlayaraq qaçmağı bacarıb.

Basqında təxminən 4,7 milyon avroluq zinət əşyaları oğurlanıb.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.