Pandemiya hansı problemləri yaradıb?
14 baxış
Son xəbərlər
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə “Yaxın Şərq və Cənubi Qafqazda COVİD-19 pandemiyasının yaratdığı problemlərin aradan qaldırılması” adlı vebinar keçirilib.
Vebinarda bildirilib ki, 2019-cu ildə başlayan və 2020-ci ilin martından etibarən Azərbaycanda yayılan adıçəkilən xəstəlik bütün dünyada sosial-iqtisadi problemlərə gətirib çıxarıb.
Pandemiya səbəbindən hökumət müxtəlif şirkətlər və fərdlərin üzləşdiyi problemlərin aradan qaldırılması üçün dəstək tədbirləri, eləcə də, müxtəlif iqtisadi və sosial tədbirlər həyata keçirdi.
BMTM-in İdarə Heyətinin üzvü Esmira Cəfərova həmçinin Azərbaycanın qlobal arenada gördüyü işlərdən danışaraq bildirib ki, Azərbaycan bu müddətdə sədrlik etdiyi Qoşulmama Hərəkatında çox aktiv olub. Azərbaycan prezidenti Qoşulmama Hərəkatı çərçivəsində maddi rifahı zəif olan üzv ölkələr üçün dəstəyin toplanması təşəbbüsü ilə çıxış edib və Azərbaycan özü 30-a yaxın ölkəyə humanitar yardım və dəstək göstərib.
Qafqaz Siyasi Analiz Mərkəzinin direktoru Əhməd Əlili pandemiya şərtləri daxilində həm dünyada, həm də regionda müəyyən dəyişikliklərin baş verdiyini bildirib. Onun sözlərinə görə, ötən il Ermənistanla Azərbaycan arasında 44 günlük müharibə də Cənubi Qafqaz regionunda dəyişikliklərə səbəb olub və bu müharibə bölgənin geosiyasi mənzərəsini dəyişib.
Siyasi analitik Seymur Məmmədov pandemiyanın hələ də davam etdiyini və bu böhranın dayandırılmasının yeganə yolunun peyvəndlənmə olduğunu bildirib. Onu da əlavə edib ki, insanlar arasında peyvəndlənməyə inam hələ də azdır və bu hökumətlər tərəfindən təşviq olunmalıdır.
Xəzər Universitetinin Siyasi Elmlər və Fəlsəfə Departamentinin rəhbəri Fərid Quliyev pandemiyanın enerji bazarına təsirlərinə dair təqdimatla çıxış edib. Onun sözlərinə görə, ötən ilin aprelində OPEK+ ölkələrinin əldə etdiyi razılaşma enerji bazarını tam stabilləşdirə bilməyib. Fərid Quliyev əlavə edib ki, neft qiymətinin aşağı düşməsindən xüsusilə iqtisadiyyatı enerji gəlirlərindən tam asılı ölkələr əziyyət çəkib.
REAL

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.