Pakistandan ölkəmizə qardaş dəstəyi
13 baxış
Son xəbərlər
"Mən Pakistan xalqının Azərbaycan xalqının arxasında durduğunu bir daha ifadə etmək istəyirəm. Azərbaycan beynəlxalq platformada Pakistanın yanında olan ölkələrdən biridir".
Bu sözləri Pakistanın xarici işlər naziri Şah Mahmud Qureyşi Pakistan Milli Assambleyasının iclasında çıxış edərkən deyib. Şah Mahmud Qureyş Azərbaycanı şanlı qələbənin ildönümü münasibəti ilə təbrik edərək deyib ki, Pakistan Azərbaycanın haqlı mübarizənizi dəstəkləyib və bu gün Qələbəni birlikdə qeyd edirik:
“Azərbaycan xalqı Pakistan xalqının hər cür dəstəyi barədə tam məlumatlıdır. Bir məsələni də qeyd edim ki, Azərbaycanda Vətən müharibəsi dövründə uzun illər işğal altında olan torpaqlarını azad edilməsi ilə bağlı keçirilən qələbə şənliklərində Azərbaycan və Türkiyə bayraqları ilə yanaşı Pakistanın da dövlət bayrağı dalğalandırılırdı. Bilin ki, biz həmişə Azərbaycanın yanındayıq. Azərbaycan da daim bizim yanımızdadır. Azərbaycan Kəşmir üzrə kontakt qrupunun üzvü kimi həmişə Pakistanı dəstəkləyir”.
Sessiya zamanı çıxış edən Milli Assambleyanın deputatı, sabiq spiker Sərdar Ayaz Sadiq 8 Noyabr gününün qardaş Azərbaycanın tarixində böyük bir gün olduğunu, çünki Azərbaycan 30 ilə yaxın Ermənistan işğalında olan tarixi torpaqlarını ötən il azad etdiyini deyib. O, Azərbaycanın da Kəşmir məsələsindəki mövqeyinə görə təşəkkür edib:
“Pakistan parlamentinin tarixndə ilk dəfə olaraq Milli Assambleyada bu gün Azərbaycanın Vətən müharibəsində qazandığı qələbəni qeyd edirik. Azərbaycanı təbrik ediirk. Pakistan xalqı hər zaman Azərbaycanın yanındadır. Azərbaycanın da Pakistana olan dəstəyinə görə minnətdarıq”.
Deputat Pakistan üçün ağır günlərdə ölkəsinə olan dəstəyə görə Azərbaycana təşəkkür edib və Pakistan xalqının da Azərbaycana olan dəstəyinin davam edəcəyini söyləyib.
REAL

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.