AZ
Video yüklə

PA-da ADP-nin sədri Sərdar Cəlaloğlu ilə görüş keçirilib

3 baxış Son xəbərlər
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda aparılan köklü siyasi islahatların nəticəsi olaraq həyata keçirilən İqtidar-müxalifət dialoqu çərçivəsində Prezident Administrasiyasında növbəti görüş Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu ilə olub.

Prezident administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev bilidirb ki, ölkəmizdə siyasi partiyalar arasında sağlam münasibətlərin qurulması, partiyaların legitim fəaliyyəti üçün lazımi işlərin görülməsi dövlətimizin başçısı tərəfindən şöbənin qarşısına qoyulmuş önəmli vəzifələrdən biridir.

Bu vəzifələrin layiqincə icrası üçün partiyalarla birgə əməkdaşlığa çox böyük önəm verilir. Hər bir partiyanın cəmiyyətin siyasi həyatına özünəməxsus qatqısı var və bu, ölkəmizdə fikir plüralizminin inkişafının qarantıdır.

Təbii ki, ölkəmizdəki siyasi sabitlik uğurlarımızın vacib əsaslarından biridir və siyasi sabitliyin qorunması hər bir ölkə vətəndaşının üzərinə düşən məsuliyyətdir. Bu səbəbdən radikal siyasi meyllər dövlətçiliyə təhdiddir. Hər bir siyasi partiya bu təhdidlərə qarşı mübarizə aparmalı və cəmiyyətin ümumi inkişafına öz töhfəsini verməlidir.

Tərəflər ölkəmizdə partiyalararası əməkdaşlığın yeni formatları, Azərbaycan-Türkiyə münasibətlərinin qardaşlıq səviyyəsində olması, Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin edilməsi,

Qarabağda bərpa-quruculuq işləri və başqa məsələlər haqqında müzakirələr aparıblar.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.