AZ
Video yüklə

Öykü Gürman "Xudayar təsnifi”ni oxudu

3 110 baxış Son xəbərlər
Türkiyəli aktrisa-müğənni Öykü Gürman ötən gün 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə Bakıdakı restoranların birində konsert verib.

Axşam.az xəbər ki, sonuncu dəfə "Sen anlat Karadeniz" serialında rol alan sənətçi konsertə hazırlıq zamanı "Xudayar təsnifi”ni səsləndirilib. Gürmanın ifası sosial şəbəkədə yayılıb.

Qeyd edək ki, Xalq artisti Əlibaba Məmmədovun müəllifi olduğu mahnı daha əvvəl “Vətən yaxşıdır” adlanırdı.

Xatırladaq ki, Xudayar Yusifzadə 2016-2018-ci illərdə Dövlət Təhlükəsizliyi Xidmətinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Daha sonra isə o, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edərək "gizir" hərbi rütbəsi alıb. X.Yusifzadə oktyabrın 23-də Zəngilanın Ağbənd qəsəbəsi uğrunda ağır yaralanaraq şəhid olub.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.