AZ
Video yüklə
Operativ Qərargahdan çörəklə bağlı açıqlama

Bu video hazırda oynadıla bilmir.

Operativ Qərargahdan çörəklə bağlı açıqlama

766 baxış Son xəbərlər
"Ötən həftəsonu təcrid rejimində çörək təminatı ilə bağlı heç bir problem olmayıb”.

Sfera.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

"Bildiyiniz kimi, iyunun 14-ü və 15-də özünü təcrid günləridir. İyunun 16-da mağazaları çörəklə təmin etmək üçün iyunun 15-i saat 16:00-dan çörək zavodunun müəyyən olunmuş əməkdaşları zavoda gələ və çörəyin istehsalı üçün hazırlıq işlərini həyata keçirə biləcəklər. İyunun 16-da səhər tezdən artıq mağazalara çörək paylanacaq”, - o bildirib.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.