Ölümünüzə səbəb ola biləcək sürücü. 01 BU 118
2 108 baxış
Son xəbərlər
YPX.az saytına izləyicilərimizdən biri öz avtomobilində olan videoregistrator vasitəsilə çəkilmiş videogörüntünü göndərib və ölümün bir addımlığında olduğunu bildirib. Videogörüntüyə baxdıqda həqiqətən təhlükənin miqyası insanı heyrətə gətirir. Belə ki, 19 iyul tarixində, 12:14 radələrində Şamaxı şəhərinin girişində, təxminən 118-ci kilometrlikdə iki istiqamətli, beton ara kəsməli yol ilə getdiyi zaman qəfil VAZ markalı, 01 BU 118 dövlət qeydiyyat nişanlı avtomobilin ona əks istiqamətdən gəldiyini görüb. Yaxşı ki, videonu göndərən sürücü özünü itirməyib və təhlükəni vaxtında görə bilib. Əks halda qəza, hətta ağır faciə və ölüm qaçınılmaz ola bilərdi. Ümid edirik ki, DYP rəsmiləri tezliklə bu təhlükə saçan sürücünü müəyyən edib qanuni tədbir görəcəklər. Videogörüntünü təqdim edirik.
Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.