Ölməyə, yoxsa öldürməyə tələsir?
2 170 baxış
Son xəbərlər
24 iyun, 16:26 radələrində, Mərdəkan qəsəbəsində təhlükə saçan sürücünün videosu YPX.AZ saytına göndərilib. Videogörüntüyə baxanda 10 EM 151 dövlət qeydiyyat nişanlı "VAZ" markalı avtomobilin sürücüsünün özünün və digərlərinin həyatına biganəliyi açıq-aşkar görünür. Belə ki, sürücü əvvəl yük maşını ilə qəzadan son anda yayınır və daha sonra 3.20 (ötmək qadağandır) nişanının və 1.1 (düz xətt) nişanlanma xəttinin tələbini pozmaqla tam olaraq əks istiqamətə çıxıb ötmə edir. Bu zaman əks zolaqdan gələn avtomobilə boyu təhlükə yaradır. Bir neçə saniyə "qabağa düşmək" üçün ölməyə və ya öldürməyə dəyərmi?
Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.