Azərbaycan Dövlət Aqrar Universiteti üçün yeni tədris korpusunun tikintisi aparılır. Bu tədris korpusu Azərbaycanda ən böyük tədris korpusu olacaq və burada 1500 tələbə tədris ala biləcək.
ADAU-nun prorektoru Anar Hətəmov REAL-ın birbaşa efirində tədris korpusu barədə daha ətraflı məlumat verib.
"Respublikamızda yeganə Ali Aqrar Təhsil Müəssisəsi olan Azərbaycan Dövlət Aqrar Universitetinin maddi texniki bazasının əsaslı şəkildə yenidən qurulması, tədrisin keyfiyyyətinin, elmi-tədqiqat işlərinin səviyyəsinin yüksəldilməsi, bununla da ölkəmizdə aqrar mütəxəssislərə olan təlabatın milli mütəxəssislərin hesabəna ödənilməsi qarşıda duran ən mühüm vəzifəmizdir. Dövlət tərəfindən böyük dəstək göstərilir. və Azərbaycan Dövlət Aqrar Universitetində son illərdə çox nadir layihələr həyata keçirilib", - deyə Anar Hətəmov bildirib .