AZ
Video yüklə

Ölkəmizdə bu tarixlərdə iş olmayacaq

1 264 baxış Son xəbərlər
2021-ci ildə Novruz bayramında qeyri-iş günləri məlum olub. Aztimes.az xəbər verir ki, Nazirlər Kabinetinin 2021-ci il üçün Novruz bayramı günlərinin müəyyən edilməsi haqqında” qərarına əsasən, 2021-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı günləri müəyyən edilib. 2021-ci il martın 20-21-i həftənin şənbə və bazar günlərinə təsadüf etdiyindən, Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yerləri dəyişdiriləcək. Beləliklə, martın 25-i və 26-sı da qeyri-iş günü olacaq. Qeyd edək ki, Azərbaycanda bu il Novruz çərşənbələrinin qeyd olunacağı tarixlər də məlumdur. Bu il ilk – Su çərşənbəsi fevralın 23-nə təsadüf edəcək. Daha sonra martın 2-də Od, 9-da isə Yel çərşənbəsi olacaq. Novruzun ilaxır – Torpaq çərşənbəsi isə martın 16-da qeyd ediləcək.Oxu24.com.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.