AZ
Video yüklə

Ölkəmiz Qərbin diqqət mərkəzində

2 baxış Son xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyevin qlobal və regional təhlükəsizliyin təmini, beynəlxalq hüququn qorunması və əməkdaşlıq təklifləri əsasında yürütdüyü xarici siyasi kurs ölkəyə diqqəti daha da artırıb.

Azərbaycan bu müddətdə ABŞ, Avropa İttifaqı, Rusiya, ərazi bütövlüyü pozulan Moldova, Ukrayna, Gürcüstan liderləri, NATO, Türkiyə, İran ərəb dövlətləri, Çin, Pakistan rəsmiləri ilə müxtəlif səviyyədə danışıqlar aparıb.

Belə ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin, Birləşmiş Ştatların dövlət katibi Entoni Blinkenin, NATO rəhbərinin Azərbaycan Prezidenti İlham Əliyevə məktub və ya zənglə müraciət etməsi, Cənubi Qafqazda postmünaqişə dövrü, Ermənistanla Azərbaycan arasında təmaslar və normallaşma prosesi, kommunikasiyaların açılması və sərhədlərin delimitasiyası məsələləri müzakirə etməsin onların ortaq maraqlardan çıxış etməsini göstərir.

Xüsusilə də, Rusiya-Ukrayna arasında müharibənin dayandırılması üçün səylərin səfərbər olunmasında, gərginliyin aradan qaldırılmasında Azərbaycan prezidenti ilə məsləhətləşmələrin aparılması ölkəmzin dünyada nüfuz sahibi olmasının göstəricisidir.

Bütün bunlar Dövlət başçısının beynəlxalq aləmdə nüfuzuna və imicinə müsbət təsir göstərir. Dünyada baş verən proseslərə əsasən Azərbaycan da qlobal və regional siyasi səhnənin bacarıqlı, etibarlı oyunçusu olmaqla yanaşı, bölgədə sülhə, barışa, sabitliyə töhvə verməkdə davam edəcək.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.