Oktyabrın 21-inə hava durumu
2 baxış
Son xəbərlər
Azərbaycanda həftənin ilk gününə gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Oxu.Az-a verilən məlumata görə, sabah, oktyabrın 22-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 15-17°, gündüz 21-24° təşkil edəcək. Azərbaycanın rayonlarında sabah hava, əsasən, yağmursuz olacaq. Lakin Naxçıvan Muxtar Respublikasının bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-13°, gündüz 19-24°, dağlarda gecə 4-9°, gündüz 13-18° isti təşkil edəcək.
Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.