Oğurladığı pulları mərc oyununda itirən şəxs danışdı
95 baxış
Son xəbərlər
Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin yanvar və fevral aylarında rayon ərazisində bir neçə evdən oğurluq edən şəxs saxlanılıb.DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan YPX.AZ-a verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, Şəmkir rayon sakini, 23 yaşlı İslam Vəliyev yanvar ayının əvvəllərində rayon ərazisindəki evlərdən birinə gizli yolla daxil olaraq oradan 1 ədəd “Grundig” markalı televizor və 3 ədəd şüşə qabları oğurlayıb. Daha sonra o, fevral ayının 16-da başqa bir evə daxil olaraq 1 ədəd “Arçelik” markalı televizor və “HP” markalı kompyuteri, fevralın 25-də isə digər bir evə gizli yolla daxil olaraq oradan 8 ədəd xrustal meyvə və şirniyyat qablarını oğurlayıb.Şübhəli şəxs saxlanılaraq maddi sübutlarla birlikdə istintaqa təhvil verilib.Dindirilmə zamanı İ. Vəliyev törətdiyi oğurluq hadisəsini etiraf edərək oğurladığı əşyaları 1200 manata satdğını, əldə etdiyi pulu isə mərc oyunlarında uduzduğunu bildirib.Faktla bağlı araşdırma aparılır.
Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.