AZ
Video yüklə

"Niyə Nicatın spirtli içkili olması barədə məlumat verilmir?"

574 baxış Son xəbərlər
Nəqliyyat üzrə ekspert Elməddin Muradlı "Nikosayağı" kimi tanın bloger Nicat Şakirlinin törətdiyi ağır yol qəzasından danışıb.
Yenilik.az müsavat.com-a istinadən xəbər verir ki, ekspert onun qəza zamanı sürət həddinin 150-dən çox olduğunu və həmin an içkili olub-olmadığının ictimaiyyətə açıqlanmadığını bildirib:
"Hələ cinayət işi açılıb. Bəlkə də qanun qarşısında cavab verəcək. Azadlıqdan məhrum olunacaq. Çünki onun avtomobilində adam ölüb. O hadisə baş verənə qədər yolda avtomobili yüksək sürətlə idarə edib. Necə olub ki, o radara düşməyib? Əgər radara düşübsə cərimə barədə niyə məlumat verilmir? Çünki deyilənə görə, onun avtomobilin sürət həddi 150-dən yuxarı olub. Spirtli içkinin təsiri altında olduğu deyilir, "Alcatester"dən keçib?".
Xatırladaq ki, avqustun 15-də Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirli qəzaya düşüb. Hadisə Heydər Əliyev prospektində qeydə alınıb. N.Şakirli idarə etdiyi “Porsche” markalı avtomobili ilə TIR-a çırpılıb. Qəza nəticəsində bir nəfər ölüb, ağır bədən xəsarətləri alan bloqer isə xəstəxanaya aparılıb.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.