Nikolun Rusiyaya qarşı siyasəti: ABŞ-da müzakirə...
162 baxış
Son xəbərlər
Ermənistan Baş naziri Nikol Paşinyanın siyasi-ideoloji ortağı olan Daniel İoannisyanın yeni video-görüntüsü yayılıb. Axar.az xəbər verir ki, İoannisyanın Rusiya əleyhinə çıxışını özündə ehtiva edən video-görüntünü “Politik.am” saytı paylaşıb. 2019-cu ilə aid olan görüntünün ABŞ Konqresində çəkildiyi bildirilib. İoannisyanın burada çıxış edərək Ermənistanın Rusiyadan asılılığının azaldılması gərəkdiyini vurğulayır. Bununla bərabər, İoannisyan Rusiyanın dünyanın heç bir yerində, o cümlədən Ermənistanda demokratik proseslərdə maraqlı olmadığını qeyd edir. Xatırladaq ki, İoannisyan Ermənistanda hakimiyyətin sorosçu qanadının əsas nümayəndələrindən biri kimi tanınır. 2014-cü ilə qədər müxtəlif siyasilərlə çalışan İoannisyan daha sonra siyasətdən gedib. Onu daha çox məşhurlaşdıran yaratdığı İnformasiyalı Vətəndaşların İttifaqı təşkilatı olub. Paşinyan hakimiyyətə gəldikdən sonra isə İoannisyan İctimai Şuraya və Konstitusiya İslahatları Peşəkar Şurasına üzv seçilib. O, 2018-ci ildə seçki sisteminin dəyişdirilməsi prosesində iştirak edən əsas şəxslərdən biridir.
Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.