AZ
Video yüklə

Nigar Camal Şəbnəmə söz atdı

1 820 baxış Son xəbərlər
Avroviziya” təmsilçimiz Nigar Camal müğənni Şəbnəm Tovuzluya söz açıb.

“Maska” şousunda “Alov” obrazında səhnəyə çıxan məşhuru şərh edən Nigar Şəbnəmlə bağlı bunları deyib:

“Qadın deyil. Qadın olsaydı deyərdim, Şəbnəm Tovuzludur. Çox isti bir insandır, danışanda yandırır”.

Qeyd edək ki, Şəbnəmlə Nigar arasında illər əvvəl qalmaqal yaşanıb. “Gucci” brendinə məxsus kəməri tərs taxması ilə gündəmə gələn Şəbnəmi ələ salan Nigar instaqram istifadəçisinin “İlk baxışdan sevgiyə inanırsınızmı?” sualına “İlk baxışdan sevgiyə yox, amma “Gucci”yə görə canım ağrıdı” deyə cavab verib.

Şəbnəm isə Nigarın fotolarından birinə “Bu şəkildə çox eybəcər düşmüsən” sözlərini yazıb.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.