AZ
Video yüklə

Nazpəridən dünyasını dəyişən oğlu ilə bağlı paylaşım

3 828 baxış Son xəbərlər
Xalq artisti Nazpəri Dostəliyevanın oğlu Əlinin ölümündən bir il ötüb.

Axşam.az xəbər verir ki, müğənni instaqram səhifəsində övladı ilə bağlı paylaşım edib. O, oğlunun fotolarından ibarət videoya bu sözləri yazıb:

"Sən həmişə mənimləsən. Bir il sənsiz yaşadığım iztirablı günlər... Verən də, alan da Allahdır. Verdiyinə şükür, aldığına səbr edirəm. Ürəyimdəki acı sönməyəcək, amma səbrli olacam. Şəhidlərimizin məkanı cənnət olsun. Ey igid övlad həsrəti ilə yanan yaralı analar, səbrli olun, səbr edək".

Qeyd edək ki, müğənninin oğlu Əli Quliyev 41 yaşında ötən il martın 22-də ürək çatışmazlığından vəfat edib. Onun iki övladı var.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.