AZ
Video yüklə
Nazirin birinci müavini işdən çıxarıldı

Bu video hazırda oynadıla bilmir.

Nazirin birinci müavini işdən çıxarıldı

377 baxış Son xəbərlər
Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə rəqəmsal inkişaf və nəqliyyat nazirinin birinci müavini vəzifəsi ləğv olunduğu üçün bu vəzifəni icra edən Əli Abdullayev artıq nazirlikdə işləmir.

Sfera.az "Report"a istinadən xəbər verir ki, bu barədə nazirin müşaviri Rəşad Bayramov məlumat verib.

Xatırladaq ki, dövlət başçısının ötən gün imzaladığı sərəncamlarla Fərid Əhmədov, Samir Məmmədov və Cavid Qurbanov rəqəmsal inkişaf və nəqliyyat nazirinin yeni müavinləri təyin ediliblər. İndiyədək digər nazir müavinləri isə Əli Abdullayev (birinci müavin), Rəhman Hümmətov və Rövşən Rüstəmov olub.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.