AZ
Video yüklə

Nazir fermerlərlə görüş keçirib

2 baxış Son xəbərlər
Kənd təsərrüfatı naziri İnam Kərimov yay şumu və təkrar qarğıdalı əkini prosesini izləyib, Ağdam, Bərdə, Yevlax, Tərtər, Goranboy rayonlarından olan fermerlərlə görüşüb.

Tədbirdə bir neçə əməliyyatı eyni zamanda aparmağa imkan verən yeni aqreqatlardan istifadənin əhəmiyyətinə toxunulub. Tədbir iştirakçılarına innovativ becərmə texnologiyaları - şum aparılması, reperləmə, torpağın ağır diskli mala ilə üzlənməsi və təkrar əkin prosesi əyani nümayiş olunub.


İnam Kərimov jurnalistlərə açıqlamasında bildirib ki, aqrar sahənin daha da inkişafı üçün dövlət tərəfindən çox böyük dəstək tədbirləri həyata keçirilir. Kənd təsərrüfatının müxtəlif sahələrinin, xüsusilə taxılçılığın inkişafı üçün subsidiya verilir, texnika təminatı ilə bağlı dövlət tərəfindən güzəştlər tətbiq edilir.

Qeyd edək ki, İyulun 23-dək ölkə üzrə 430 min hektar sahədə yay şumu aparılıb, 30 min hektar sahədə təkrar qarğıdalı əkini həyata keçirilib.

REAL

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.