AZ
Video yüklə

Naxçıvanda zabitlərin təlim toplantısı keçirildi

15 baxış Son xəbərlər
Naxçıvan Qarnizonunda bölük, batareya komandirləri və müavinlərinin, taqım komandirləri və digər kateqoriyadan olan zabitlərin komandir hazırlığı və təlim-metodiki toplantıları keçirilib.



Müdafiə Nazirliyindən verilən məlumata görə, toplantılara cəlb edilmiş zabitlərin döyüş hazırlığı üzrə nəzəri bilikləri, praktiki vərdişləri, döyüş zamanı tabelikdə olan bölmələri idarəetmə bacarıqları yoxlanılıb.



Müxtəlif ixtisaslar üzrə məqbullar verən zabitlər yüksək nəticə göstəriblər.



Naxçıvan Qarnizonu qoşunlarının birləşmə, hissə komandirləri və müavinləri ilə komandir hazırlığı toplantısı davam edir.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.