Naxçıvana uçuşlar bu tarixdən başlayacaq
171 baxış
Son xəbərlər
İyunun 18-dən etibarən Bakı-Naxçıvan aviareysi həftədə 2 dəfə yerinə yetiriləcək. Bu barədə məlumat Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında açıqlanıb. Bununla yanaşı avireyslərdən istifadə edən bütün sərnişinlər COVID-19-dan keçməli əvvəlcədən açıqlanan qaydalara riayyət etməlidirlər. Ölkə xarici reyslərin nə vaxtdan fəaliyyətə başlayacağı hələki açıqlanmayıb. Azərbaycanda koronavirusa yoluxanların sayı ilə yanaşı ölüm hallarında da artım var. Beləki bu gün ölkəmizdə Koronavirusdan dünyasını dəyişənlərin sayı 6 nəfər olub. Bununla yanaşı konfransda bildirilib ki, artıq cəmiyəytdə maska taxan və qaydalara əməl edənlərin sayı artdığından müsbət dinamika gözləniləndir. Bu günkü mətbuat konfransında eyni zamanda Naxçıvana avireyslərin 18 iyundan etibarən bərpa ediləcəyi və hər həftə iki reysin həyata keçiriləcəyi vurğulanıb. Amma bütün sərnişinlər COVİD-19 testindən keçməlidir. Bilet alarkən sərnişinə hansı labaratoriyaya saat neçədə yaxınlaşmalı olduğu elektron qaydada bildiriləcək və nəticə də AZAL-a elektron qaydada təqdim ediləcək. AZAL-ın vitse-prezidenti Eldar Hacıyev bildirib ki, hələki xarici resylərin nə zaman bərpa ediləcəyini demək mümkün deyil, yaxın günlərdə operativ qərargah tərəfindən bununla bağlı cəmiyyətə məlumat verilcək. Amma xaricdən gələn sərnişinlərin də bəzi qaydalara əməl etməsi mütləq olacaq. Bununla yanaşu həm ölkə daxili, həm də ölkəxarici reyslər üçün qaydalar təsdiq edilib. Beləki təyyarənin içində də bəzi qadağalar tətbiq olunacaq. AZAL rəsmisi ölkə xarici reyslər üçün bilet qiymətlərinin artırılması haqqında düşünmədiklərini bildirib.
Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.