Naqif Həmzəyevdən özəl tibb müəssisələri ilə bağlı təklif
32 baxış
Son xəbərlər
“Hazırda Səhiyyə Nazirliyi tərəfindən tibb müəssisələrində yoxlamalara başlanılıb. Yeni tətbiq edilən yoxlamaları, standartları nəzərdən keçirsək görərik ki, bunun nəticəsində xüsusi ilə də regionda olan tibb müəssisələrinin böyük əksəriyəti fəaliyyətini dayandıracaq və ya yeni lesenziyalar alımaqda çətinliklərə düşəcəklər”
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Naqif Həmzəyev bildirib.
Yeni qaydaların bundan sonra fəaliyyətə başlayan tibb müəssisələrinə şamil olunmasını təklif edən deputat bildirib ki, əgər Səhiyyə Nazirliyi tərəfindən tətbiq edilən yoxlamalar, yeni qaydalar bundan öncəki tibb müəssisələrinə şamil edilməsə, və yaxud onlara müəyyən bir möhlət verilsə, həmin sahibkarlar da öz müəssisələrini yeni qaydalara, standartlara uyğunlaşdıra bilərlər.
Tibbi sığorta ilə bağlı regionlarda fəaliyyət göstərən özəl tibb müəssisələrinin çox böyük çətinliklərlə üzləşdiyini əsas gətirən Naqif Həmzəyev aidiyyatı komitənin bu məsəsləyə aydınlıq gətirməsini xahiş edib.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.