AZ
Video yüklə

Murov dağı fəth edən xüsusi təyinatlı şəhid kapitan

92 baxış Son xəbərlər
“Şəhid olsam ağlamayın, əksinə, sevinin ki, o zirvəyə ucaldım”. Bu sözlər 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olan kapitan Elçin İsmayılova məxsusdur. Ermənilərin 23 yüksək rütbəli zabitini təkbaşına məhv edən, Xüsusi Təyinatlı Qüvvələrin zabiti, “Yaşma” taborun qərargah rəisi müavini, kəşfiyyatçı, döyüş komandiri şəhid kapitan İsmayılov Elçin Mübariz oğlu 30 may 1989-cu ildə Ucar rayonunda anadan olub. “Report” xəbər verir ki, Elçinin qardaşları İsmayılov Nurlan və İsmayılov Elvin də cəbhə bölgəsindədir. Elçin 1995-ci ildə Ucar rayonunda 1 saylı orta məktəbə gedib və 2006-ci ildə həmin məktəbi bitirərək Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub. Hətta məktəbdə hərbiyə, Vətənə aid bütün tədbirlərdə fəal iştirak edib və I yerə layiq gorülüb. Onun iştirak etdiyi “Cəsurlar” (1998) və “Şahin” (1996) adlı hərbi-idman oyunları VII-VIII, X-XI sinif şagirdəri arasında keçirilən çoxməqsədli və maraqlı layihələrdən olub. Çox sayda Fəxri Fərman, təltiflər və s. layiq görülüb. Qarabağ müharibəsi ilə həmayaşıd idi şəhidimiz...

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.