Muharibe tezliklə baslayir - SON DƏQİQƏ Tovuz hadisələrindən sonra yaranan yeni vəziyyət, daha doğrusu, siyasi tendensiya davam edir. Biz indiki mərhələdə bu hadisələrin ilkin yekunları barəsində danışa bilərik. @siyasi.xeber xəbər verir ki, bunu Azərbaycanın keçmiş Xarici İşlər naziri Tofiq Zülfüqarov Azpolitika.info-ya müsahibəsində deyib. O bildirib ki, hərbi baxımdan toqquşmalar genişmiqyaslı olmadı, ciddi mövqe dəyişiklikləri baş vermədi, amma bunun hərbi-siyasi nəticələri çox ciddi oldu “Birincisi, Ermənistan istənilən dəstəyi almadı. Həm Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT), həm də Rusiyadan. Hiss edilir ki, ermənilər vəziyyətin bu şəkil almasından narazıdır. Sözsüz ki, təbliğat naminə məlumatlar verilir ki, orada təyyarələr uçurdu və s. Amma təyyarələrin uçuşu və göndərilən silahlar ciddi qəbul edilməməlidir. Çünki təyyarə ilə gətirilən silahların miqdarı və təsiredici imkanları nisbidir. Bu baxımdan Ermənistan lazımi dəstək almadı. Ermənistandan fərqli olaraq, Azərbaycan ciddi hərbi-siyasi dəstək aldı. Biz görürük ki, Azərbaycanın mövqeyini dəstəkləyən bir sıra beynəlxalq təşkilatlar var. Ən əhəmiyyətlisi odur ki, Türkiyə tərəfindən verilən hərbi-siyasi dəstək güclü amil kimi özünü göstədi. Üstəlik, Azərbaycan və Türkiyə planlaşdırılan hərbi təlimlər keçirdi. Naxçıvanda da baş tutan təlimlərlə Türkiyə göstərmək istədi ki, Moskva sazişi əsasında Azərbaycanın Naxçıvan hissəsinin təhlükəsizliyini təmin etməkdə israrlıdır. Eyni zamanda, təlimlərdə F-16 qırıcılarının istifadə olunması göstərir ki, Türkiyənin bu məsələ ilə bağlı qəti iradəsi mövcuddur. Mən xüsusilə F-16 qırıcılarının üzərində dayanmaq istərdim. Bu, heç də təzə təyyarə deyil, amma modernizasiyası səbəbindən “4+” kimi qiymətləndirilə bilər. Bu model təyyarələr zamanında İsrail tərəfindən Livanda istifadə olunub. Bu baxımdan F-16-lar təsirli silah hesab oluna bilər. Həm də bu cür silahın ABŞ-ın razılığı olmadan NATO sərhədlərindən kənarda istifadəsi mümkün deyil.