Antaliyanın Kundu bölgəsində Azəbaycanlı iş adamı Telman İsmayılova məxsus “Mardan Palace” hotelində oğurluq hadisəsi baş verib. Qafqazinfo” xəbər verir ki, ötən gecə baş verən hadisədə oğrular hotelin qızılı rəngə boyanmış 10 dirəyini oğurlayıblar. Hotelin dirəklərinin qarətə məruz qalmasını təhlükəsizlik işçilərinin işdən çıxarılması ilə əlaqələndirilib. Polis tərəfindən oğrular axtarılır. Xatırladaq ki, sözügedən hotelin dirəkləri bir müddət öncə də oğurlanmışdı. Qeyd edək ki, 1.4 milyard dollara başa gələn hotel 2010-cu ildə otel dünyanın ən lüks hoteli seçilib. 2009-cu ildə azərbaycanlı iş adamı Telman İsmayılov tərəfindən qurulan “Mardan Palace” son zamanlar borclarına görə çətin günlər yaşayır. Hotelin işıqlarının kəsildiyi və işçilərinin çıxarıldığı bildirilir. Artıq hotelin futbol meydançası da satışa çıxarılıb.