AZ
Video yüklə

Müdafiə Sənayesi işçiləri peşə bayramını qeyd edib

8 baxış Son xəbərlər
2005-ci ildən fəaliyyət göstərən Müdafiə Sənayesi Nazirliyinin əməkdaşlarının peşə bayramıdır. Bu münasibətilə Müdafiə Sənayesi Naziri Mədət Quliyev və Nazirliyin əməkdaşları Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın məzarlarını ziyarət etdilər.

Hərbi gücümüzə güc qatanlar Şəhidlər xiyabanda ölkəmizin müstəqilliyi və azadlığı uğrunda şəhid olan qəhrəmanları da andılar.

Ziyarətdən sonra Müdafiə Sənayesi Nazirliyi tərəfindən hazırlanmış “Tarix yazan qəhrəmanlar” kitabının təqdimatı keçirildi. Kitab şəhidlərimizin və müharibə iştirakçılarının göstərdikləri qəhrəmanlıq, igidlik, mübarizlik və cəsarət nümunələrini əbədiləşdirmək məqsədilə nəşr edilib.

Müdafiə Sənayesi Nazirliyinin 16 illik fəaliyyətinə həsr olunmuş REAL Televiziyası tərəfindən hazırlanan “Salam, silah” filminin təqdimatı da baş tutdu.

Daha sonra Müdafiə sənayesi naziri Mədət Quliyev bütün əməkdaşları peşə bayramı münasibətilə təbrik etdi. Nazir bildirdi ki, 2021-ci ildə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunmuş ümumi məhsul həcminin 60%-dən çoxunu ixraca yönəltmək mümkün olub. Bunun nəticəsində Müdafiə Sənayesi Nazirliyinin məhsulları dünyanın 30-dan çox ölkəsinə ixrac edilməklə ümumi istehsal həcminin 2020-ci illə müqayisədə 10% artmasına nail olunub.

Sonda Müdafiə Sənayesi Nazirliyinin birlik və müəssisələrində çalışan bir qrup əməkdaşa döş nişanları, fəxri fərmanlar, qiymətli hədiyyələr təqdim edildi.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.