AZ
Video yüklə
Müdafiə Nazirliyi vacib məlumat yaydı

Bu video hazırda oynadıla bilmir.

Müdafiə Nazirliyi vacib məlumat yaydı

828 baxış Son xəbərlər
Müdafiə Nazirliyi məlumat yaydı: 6 noyabra qədər...

Azərforum xəbər verir ki, Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci il üçün hazırlıq planına əsasən oktyabrın 25-dən N nömrəli hərbi hissədə hərbi təlim toplanışı keçiriləcək.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, ehtiyatda olan bir qrup hərbi vəzifəlilərin cəlb olunacağı təlim toplanışında əsas məqsəd onların döyüş hazırlığının səviyyəsini, bilik və bacarıqlarını artırmaqdır. Təlimdə hərbi vəzifəlilər əvvəllər qazandıqları döyüş vərdişlərini, hərbi ixtisaslarını və təcrübələrini təkmilləşdirməklə yanaşı, ordumuzda olan müasir silahlar, hərbi texnika nümunələri ilə yaxından tanış olmaq, onların istismar qaydalarını öyrənmək imkanı əldə edəcəklər. Təlim toplanışı noyabrın 6-dək davam edəcək.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.