AZ
Video yüklə

Müdafiə Nazirliyi daha bir məlumat yayıb

10 baxış Son xəbərlər
Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri Qarabağ bölgəsində ərazinin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi üzrə tədbirlər görür.

Müdafiə Nazirliyindən APA TV-yə verilən xəbərə görə, Qozlukörpü-Həsənli yolunda xeyli sayda piyada və tank əleyhinə mina, həmçinin partlamamış döyüş sursatları aşkar edilərək təhlükəsizlik qaydalarına riayət olunmaqla neytrallaşdırılıb.

Bundan başqa, bölmələrimiz ərazidə aşkar etdikləri partladıcı qurğular və mina-tələlərini də zərərsizləşdirirlər. Ərazilərin minalardan təmizlənməsi tədbirləri davam etdirilir.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.