AZ
Video yüklə

Müdafiə Naziri görüş keçirdi

11 baxış Son xəbərlər
Müdafiə Nazirliyinin rəhbər heyəti Silahlı Qüvvələr Günü münasibətilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olub.

Müdafiə Nazirliyindən APA TV-yə verilən məlumata görə, əvvəlcə ümummilli lider Heydər Əliyevin hospitalın ərazisində ucaldılan abidəsi önünə gül dəstələri qoyulub və ehtiram ifadə edilib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov hospitalda müalicə olunan hərbi qulluqçularla görüşərək onların səhhəti ilə maraqlanıb, tezliklə sağalaraq xidmət yerlərinə qayıtmalarını arzu edib.

Müdafiə naziri Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təbriklərini hərbi qulluqçulara çatdırıb.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.