AZ
Video yüklə

Moldova mətbuatı Azərbaycandan yazıb

5 baxış Son xəbərlər
Moldova KIV-də Azərbaycan Respublikasının Xarici işlər naziri Ceyhun Bayramovun Naxçıvana səfəri və səfər çərçivəsində “Heydər Əliyev və Azərbaycanın xarici siyasəti” adlı konfransdakı çıxışı işıqlandırılıb.

Bir neçə xəbər portalında dərc olunan məqalələrdə nazirin sözlərinə istinadən qeyd olunur ki, Heydər Əliyevin ən böyük arzusu Azərbaycan torpaqlarının işğaldan azad olunması idi. “Bu missiya Prezident İlham Əliyev tərəfindən həyata keçirildi”,- deyə Azərbaycan nazirinin sözləri vurğulanıb. Bundan əlavə, yazılarda Azərbaycan bayrağının işğaldan azad olunmuş torpağlarda dalğalandığı, bu torpaqların hər qarışının bərpa olunduğu barədə nazir Ceyhun Bayramovun sözləri qeyd olunub.

Həmçinin məqalələrdə Azərbaycan xarici işlər nazirinin ölkəmizin xarici strategiya prioritetləri barədə dedikləri dərc olunub. Azərbaycanın hazırda genişlənən hərtərəfli beynəlxalq əlaqələrinin mərkəzində ümummilli lider Heydər Əliyevin xarici siyasət konsepsiyası dayanır”,- deyə nazirin sözləri dərc olunub.

REAL

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.