Mina təhlükəsi davam edir
22 baxış
Son xəbərlər
30 ilə yaxın müddətdə işğal altında qalan və ordumuz tərəfindən azad olunan ərazilərimizin çox hissəsi ermənilərin mina hücumuna məruz qalıb. Ələxsus piyada əleyhinə minaların ərazilərimizdə basdırılması mülki vətəndaş və hərbi qulluqçuların həyatı üçün təhlükə mənbəyinə çevrilib.
Təəssüf ki, Ermənistanın məkrli siyasətinin tərkib hissəsi olan mina terroru bu gün də davam edir.
Belə ki, oktyabrın 7-də Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən aparılan minatəmizləmə fəaliyyəti nəticəsində Kəlbəcər və Daşkəsən rayonları ərazisində qarşı tərəfdən basdırılan növbəti minalar aşkar edilib və həmin minalar zərərsizləşdirilib.
Hərbi ekspert Alp Arslan İmamqulunun sözlərinə görə minalanmış ərazilərin xəritələri tam olaraq Azərbaycana təhvil verilmədiyindən təhlükə hələ də qalır.
Hərbi ekspert əhalinin azad edilmiş ərazilərə köçürülməsi məsələsində də beynəlxalq təşkilatların ikili yanaşma sərgilədiyini qeyd edib.
Qeyd edək ki, beynəlxalq humanitar hüquqa əsasən, 1997-ci ildə qəbul edilmiş Ottava müqaviləsi piyada əleyhinə minaların istehsal edilməsi, saxlanılması, daşınması və istifadəsini qadağan edir.
REAL

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.