Milliləşən əcnəbilər
3 baxış
Son xəbərlər
Azərbaycan Milli Məclisi əcnəbilərə güzəştləri nəzərdə tutan layihəni qəbul edib.
Milli Məclisin bu gün keçirilən plenar iclasında Miqrasiya Məcəlləsinə dəyişiklik layihəsini qəbul edib. Dəyişiklik Azərbaycanda fəaliyyət göstərən banklara müddətli zəmanət müqaviləsi əsasında azı 100 min manat məbləğində pul vəsaiti qoyan əcnəbiyə ölkədə yaşamaq icazəsinin verilməsi və digər güzəştlərlə bağlıdır.
Məcəllənin 45-ci (Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verildiyi hallar) maddəsinə edilən əlavəyə əsasən, Azərbaycanda fəaliyyət göstərən banklara müddətli zəmanət müqaviləsi əsasında azı 100 min manat məbləğdə pul vəsaiti qoyan əcnəbiyə ölkədə yaşamaq icazəsi verilir.
Qanun layihəsinin komitələrdə müzakirəsi zamanı Millət vəkillərindən bir neçəsi müəyyən məbləğ qarşılığında əcnəbilərə vətəndaşlıq verilməsini də təklif ediblər. Lakin bu təkliflər birmənalı qarşılanmayıb. Belə ki, təklifin əleyhinə olanlar bunun dövlət və milli təhlükəsizliyə təhdid yarada biləcəyini düşünürlər.
Əcnəbilərə vətəndaşlıq verilməsini məqbul sayan Millət vəkilləri isə narahatlığa əsas görmürlər. Onlar dövlət qurumlarına güvənirlər.
Miqrasiya Məcəlləsinə edilən dəyişikliklərlə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadıldığı halların sayı artırılıb.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.